Hərbi Dəniz Qüvvələrinin komando kursunun növbəti buraxılışı olub - FOTO 

Hərbi Dəniz Qüvvələrinin komando kursunun növbəti buraxılışı olub - FOTO 

Hazırda oxunan: Hərbi Dəniz Qüvvələrinin komando kursunun növbəti buraxılışı olub - FOTO 

130400

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) N hərbi hissəsində keçirilən “Dəniz komando təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək hörmət və ehtiram nümayiş etdirilib. 

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Mərasimdə çıxış edən Hərbi Dəniz Qüvvələrinin komandanı vitse-admiral Sübhan Bəkirov kursu müvəffəqiyyətlə bitirən məzunları salamlayaraq, onlara Müdafiə Nazirliyi rəhbərliyinin təbriklərini çatdırıb, gələcək xidmətlərində uğurlar arzulayıb. Hərbi qulluqçuların peşəkarlığının daha da yüksəldilməsinə töhfə verən bu kimi kursların davam etdiriləcəyini vurğulayıb. 

Vitse-admiral S.Bəkirov komandoların dənizdə olduğu kimi, quruda da mühüm tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməyə daim hazır olduğunu qeyd edib. 

HDQ komandanı Türkiyədən gələn peşəkar təlimatçıların cəlb olunduğu kursun yüksək səviyyədə təşkilində və keçirilməsində göstərdikləri dəstəyə görə qardaş ölkənin zabitlərinə və bütün heyətə təşəkkürünü bildirib. 
Sonra kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub və məzunlara sertifikatlar təqdim olunub. 


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO