Azərbaycanda seçici siyahıları YOXLANILIR

Azərbaycanda seçici siyahıları YOXLANILIR

Hazırda oxunan: Azərbaycanda seçici siyahıları YOXLANILIR

130385

“Dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək MSK-ya təhvil verib”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib.

Rövzət Qasımov deyib ki, hazırda MSK-nın İnformasiya Mərkəzində seçici siyahıları yoxlanılır:

“Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdiriləcək”.

MSK sədri Məzahir Pənahov qeyd edib ki, mayın ortalarına qədər seçicilər MSK-nın qaynar xətti vasitəsi ilə seçici siyahısı ilə bağlı özləri ilə bağlı məlumat ala bilərlər. Bununla bağlı MSK-nın saytında onlayn müraciət forması da var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO