"Kürdəmir şəhərinin mərkəzi küçə və prospektlərinin işıqlandırılma sistemi yenidən qurulur. Görülən işlər şəhər sakinlərinin urəyincə olub".
Bu sözləri Bizim.Media-nın yerli bürosuna Kürdəmir rayon icra hakimiyyəti başçısının şəhər inzibati dairəsi üzrə nümayəndəsi Rauf Abışov bildirib.
Onun sözlərinə görə, təqdim olunan layihəyə əsasən şəhərin Heydər Əliyev və Bakı prospektləri, Gənc Heydərçilər, 20 Yanvar, Şəhidlər Xiyabanı parkları, eləcə də Aran qəsəbəsi və şəhər ərazisində yerləşən hərbi şəhərcik də daxil olmaqla 118 küçəsində işıqlanma işləri yenidən qurulacaq:
"İşlər ilkin olaraq Heydər Əliyev və Bakı prospektlərində aparılıb".
Qeyd edək ki, bu işlərin icrası zamanı ümumilikdə Kürdəmir şəhərinin 68 km uzunluğunda olan ərazisinə 2300-ə yaxın işıq dirəkləri quraşdırılacaq.
Hazırda şəhərin işıqlanmasının yenidənqurma və quraşdırma işlərini podratçı təşkilatlar həyata keçirir və bu işlərin icrasına 100-dən çox işçi qüvvəsi və bir neçə briqada cəlb olunub.
Rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi bildirib ki, bu işlər qısa zaman kəsiyində başa çatacaq.
Aqil Əsədov, Bizim.Media, Aran bürosu
- A-
- A
- A+
Cəmiyyət
16:32 / 12.04.2023
Kürdəmirin işıqlandırma sistemi yenidən qurulur - FOTO
Hazırda oxunan: Kürdəmirin işıqlandırma sistemi yenidən qurulur - FOTO
Hazırda oxunan: Kürdəmirin işıqlandırma sistemi yenidən qurulur - FOTO
130371
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.