“Qarabağda balıqçılığın inkişafı üçün münbit şərait var” – AÇIQLAMA 

“Qarabağda balıqçılığın inkişafı üçün münbit şərait var” – AÇIQLAMA 

Hazırda oxunan: “Qarabağda balıqçılığın inkişafı üçün münbit şərait var” – AÇIQLAMA 

130357

“İşğaldan azad edilən ərazilərimizdə balıqçılığın inkişafı üçün çox münbit şərait var. İşlərin aparılacağı təqdirdə, 2-3 ildən sonra Qarabağda balıqların artırılması ilə bağlı nəticə əldə etmək olar”.

Bunu Bizim.Media-ya açıqlamasında Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov deyib.

O bildirib ki, Qarabağ ərazisində balıqçılığın inkişafı üçün ən vacib olan bol su mənbələri var:

“İşğaldan azad olunmuş ərazilərimizdə olan çaylar bizi qane edir. Digər bölgələrimizdə olan çayların suyu mövsümünə görə azalıb-çoxalır. Amma Qarabağ ərazisində olan çayların suyu ilboyu bolsulu olur. 

Çaylarda bol, oksigenlə zəngin və sərin su olduğu üçün qızıl balıqkimilərin və digər balıq növlərinin artırılması üçün münbit şərait var. Azərbaycanda balıq istehsalının ildən-ilə azalmasının qarşısını almaq üçün işğaldan azad edilmiş ərazilərin balıqçılıq potensialının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə aparılan tədqiqatlar da göstərir ki, doğrudan da həmin ərazilərdə balıqçılığı yüksək səviyyədə inkişaf etdirmək mümkündür. 

Yəni, bu gün biz balıqçılıqdan danışanda ancaq Xəzər dənizi və Kür çayınını nəzərdə tuta bilmərik. Artıq işğaldan azad olunmuş ərazilərimizdə balıqçılığın inkişafı üçün çox gözəl şərait var. Həmin ərazilərdə 13-dən çox çay var. Həmin çayların 6-7-də balıqçılığın inkişaf etdirilməsi mümkündür.
Oxçuçayı çıxmaq şərtilə. Oxçuçay Ermənistan tərəfindən gələn və ən çox çirklənməyə məruz qalan çaydır. Amma digər böyük çaylar, dediyim kimi ilboyu bol sulu olduğu üçün istənilən qədər balıq artırmaq olar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həmin çaylara müəyyən qədər balıq körpələri buraxılıb. Gələcəkdə bu proses yenə davam edəcək”. 

Müsahibimiz bildirib ki, balıqçılığın inkişafı üçün həmin ərazilərdə müəyyən şərait yaradılmalıdır. 

S.Süleymanovun sözlərinə görə, həmin ərazilər xeyli müddət nəzarətsiz olduğu üçün hansı balıq növlərinin qaldığını tədqiqat aparmadan demək mümkün olmasa da, çaylarda yaşayan istənilən balıq növünü artırmaq olar.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının - 6.3.17. ekologiya və ətraf mühitin mühafizəsi – bəndinə uyğun olaraq hazırlanıb.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO