"AZAL" ilə bağlı araşdırmaların NƏTİCƏLƏRİ

Hazırda oxunan: "AZAL" ilə bağlı araşdırmaların NƏTİCƏLƏRİ

130296

AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərə görə 6.6 milyon manat artıq kompensasiya alıb.

Bizim.Media xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.

Qeyd edilib ki, “Azərbaycan Hava Yolları” QSC üzrə dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunması auditi üzrə Nazirlər Kabinetinin 210 nömrəli qərarından irəli gələn tələblər gözlənilməyərək Bakı-Naxçıvan və Naxçıvan-Bakı hava xətti ilə uçan şəxslərə güzəştlərin edilməsi çərçivəsində 2020-ci ilin faktiki tələbat həcmindən artıq alınmış kompensasiya məbləği üzrə 6.6 manatın və podrat müqavilələri çərçivəsində auditlə əhatə olunan dövrdə yerinə yetirilən əsaslı təmir, tikinti və quraşdırma işlərinin dəyəri üzrə 0,5 milyon manatın dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO