Şəhid Vidadi Zalov dəfn olundu - YENİLƏNİB- FOTO/VİDEO

Şəhid Vidadi Zalov dəfn olundu - YENİLƏNİB- FOTO/VİDEO

Hazırda oxunan: Şəhid Vidadi Zalov dəfn olundu - YENİLƏNİB- FOTO/VİDEO

130295

Ötən gün Ermənistan silahlı qüvvələrinin Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vidadi Nizami oğlu Zalov dəfn olunub.

Bizim.Media xəbər verir ki, şəhidin nəşi Abşeron rayonunun Saray qəsəbəsindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dəfn mərasimi şəhidin silahdaşlarının açdığı 3 yaylım atəşi ilə başa çatıb.

Mərasimdə çıxış edən Abşeron İH başçısı Abdin Fərzəliyev erməni təxribatının qarşısının müzəffər Ordumuz tərəfindən ötən gün də layiqincə və qətiyyətlə alınmasından danışaraq şəhidin ailə üzvlərinə başsağlığı verib.

İH başçısı "sən indi qəhrəman oğlusan" , - deyə şəhidin övladına müraciət edib.

Dəfndə böyük izdiham yaşanıb.

11.22

Şəhid gizir Vidadi Zalov Saray qəsəbəsində dəfn edilir. 

Bizim.Media xəbər verir ki, mərasimdə Saray qəsəbə sakinləri, Abşeron RİH, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, qulluq etdiyi hərbi hissənin hərbçiləri iştirak edir.

Qeyd edək ki, Vidadi Zalovun  atası Nizami Zalov ailəsi ilə Qərbi Azərbaycandan (indiki Ermənistan) qaçqın kimi Azərbaycana gələrək Saray qəsəbəsində məskunlaşıb.

MÖVZU İLƏ BAĞLI:

Şəhid Vidadi Zalovla vida mərasimi keçirilir - FOTO/VİDEO


Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. 

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.  

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.  

Allah rəhmət eləsin!

Aytəkin Alxaslı, Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO