Şəhid Vidadi Zalovla vida mərasimi keçirilir - FOTO/VİDEO

Şəhid Vidadi Zalovla vida mərasimi keçirilir - FOTO/VİDEO

Hazırda oxunan: Şəhid Vidadi Zalovla vida mərasimi keçirilir - FOTO/VİDEO

130282

Ötən gün ermənilərin Laçın rayonunun Ermənistanla sərhədində törətdiyi təxribat nəticəsində şəhid olan hərbçilərimizdən biri - Vidadi Nizami oğlu Zalov bu gün Abşeron rayonunun Saray qəsəbəsində dəfn olunacaq. Hazırda onunla vida mərasimi keçirilir.

Bu barədə Bizim.Media-nın bölgə müxbirinin sorğusuna cavab olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Həmçinin bildirilib ki, gizir Vidadi Zalov ailənin yeganə oğlu olub.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhid Vidadi Zalovun övladları ilə son FOTOSU 


Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. 

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.  

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.  

Allah rəhmət eləsin!

 


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO