Şəhid Vidadi Zalovun övladları ilə son FOTOSU 

Şəhid Vidadi Zalovun övladları ilə son FOTOSU 

Hazırda oxunan: Şəhid Vidadi Zalovun övladları ilə son FOTOSU 

130273

Şəhid hərbçimiz gizir Vidadi Zalovun övladları ilə son fotosu yayılıb. 

Bizim.Media xəbər verir ki, gizir V.Zalov ötən gün ermənilərin Laçın rayonunun Ermənistanla sərhədində törətdiyi təxribat nəticəsində şəhid olub. 

Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. 

Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.  

Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.  

Allah rəhmət eləsin!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO