Minik avtomobillərini yandıran şəxs TUTULDU - VİDEO

Minik avtomobillərini yandıran şəxs TUTULDU - VİDEO

Hazırda oxunan: Minik avtomobillərini yandıran şəxs TUTULDU - VİDEO

130259

Göygöl Rayon Polis Şöbəsinə rayonun A. Hacıyev küçəsində “BMW” və “Porche” markalı minik avtomobillərinin yanması ilə bağlı məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya bildirilib ki, dərhal hadisə yerinə Rayon Polis Şöbəsinin və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib.

YMX əməkdaşları tərəfindən yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb. Polis əməkdaşlarının isti izlərlə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 



Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO