“WhatsApp” platformasının son beta versiyalarında android tipli mobil telefonlardan bir akkauntun eyni zamanda bir neçə smartfondan istifadəsi mümkün olacaq.
Bizim.Media xəbər verir ki, bundan əvvəl oxşar funksiya yalnız Android idarə olunması ilə smartfon və planşetin bağlantısı üçün mövcud olub.
MÖVZU İLƏ BAĞLI:
“WhatsApp”da YENİLİK: Kimin hansı qrupda olduğunu biləcəksiniz
Belə ki, Android üçün “WhatsApp”ın 2.23.8.2 saylı və daha yüksək beta versiyalarını endirərək, istifadəçi əsas akkaunta ikinci smartfonundan giriş edə bilər.
Bunun üçün ikinci cihazda nömrənin qeydiyyatı səhifəsində ekranın sağ yuxarı küncündə üç nöqtəni sıxaraq “Mövcud akkauntla əlaqələndirmək” bəndini seçmək lazımdır.
Daha sonra əsas smartfondakı “WhatsApp”ın əsas səhifəsində üç nöqtəyə toxunaraq “Əlaqələndirilmiş cihazlar” bölməsini seçmək, ardından ikinci smartfonda görünən QR-kodu skan etmək lazımdır.
Beləliklə, istifadəçilər Android idarə olunması ilə mövcud akkauntlarına eyni zamanda bir neçə cihazlardan, o cümlədən PK, planşet və ikinci smartfondan giriş edə biləcəklər.
Bu yenilik hələ ki, yalnız Android tipli mobil telefonlardakı “WhatsApp”ın beta-versiyasında tətbiq olunub. Sabit quraşdırılmada və “Apple” cihazlarında yeni funksiyanın peyda olunması barədə hələ ki, məlumat verilmir.
Bizim.Media