Ermənistanın baş naziri Nikol Paşinyan ordunun istefa tələbini dövlət çevrilişinə cəhd adlandırıb və tərəfdarlarını küçələrə çağırıb.
Bizim.Media xəbər verir ki, bu barədə politoloq Fərhad Məmmədov öz Facebook səhifəsində yazıb. O, Ermənistanın hazırda vətəndaş müharibəsinin astanasında olduğunu qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Gözlənilən oldu: Ermənistan ordusu Paşinyana qarşı çıxdı
“Ermənistanda başladı! Vətəndaş müharibəsinə az qalır ...
Qiyamın başlanğıcı konstitusiya əleyhinə hərəkətlərə səbəb olacaq!
İndi əsas odur ki, hüquq-mühafizə strukturlarının - Paşinyanın himayədarlarının rəhbərlik etdiyi polis və SNB-nin necə davranmasıdır. Artıq Paşinyanın polislərlə vuruşan bir neçə yüz silahlıları var
Ya o, toxunulmazlıq zəmanətini alacaq və seçkiyə gedəcək, ya da müqavimət göstərərək ölkədə vətəndaş müharibəsi üçün çizilmiş yol ilə gedəcək”.
Daha sonra F.Məmmədov yazıb:
“Paşinyan ordunun istefa tələbini dövlət çevrilişinə cəhd adlandırıb və tərəfdarlarını küçələrə çağırıb. Bir ölüm olsa arxası gedəcək...İnsanlarda silah çoxdur. Müharibə zamanı kimə gəldi silah paylayıblar.
Popkornlarımızı götürüb qonşu ölkədə başlayacaq vətəndaş müharibəsinə tamaşa edək”,- deyə o, postunda yazıb.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və hökumətin dərhal istefasını tələb edən bir açıqlama yayıb.
Ordu bildirib ki, Ermənistan ordusu hər zaman xalqın yanında olub, bu gündə bu ənənəni davam etdirəcək. Buna cavab olaraq Paşinyan öz tərəfdarlarını küçələrə çağırıb.
Vüsalə Balayeva, Bizim.Media