Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla millət vəkili Cavanşir Paşazadə “Şərəf” ordeni ilə təltif edilib. Bu gün həm də Cavanşir Paşazadənin 70 illik yubileyidir.
Böyük mükafat və yubiley münasibəti ilə Cavanşir Paşazadənin fikirlərini öyrəndik.
Deputat Bizim.Media-ya açıqlamasında xoş hisslər keçirdiyini bildirib:
MÖVZU İLƏ BAĞLI:
Prezidentdən Cavanşir Paşazadə ilə bağlı SƏRƏNCAM
“Cənab Prezident var olsun ki, ölkəmizin ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətimə görə məni yüksək mükafata layiq görüb. Açığı “Şərəf” ordeni ilə təltif olunacağımı gözləmirdim. Çox gözəl yubiley hədiyyəsi oldu”.
Millət vəkili əslində doğum gününün sabah - aprelin 12-də olduğunu qeyd edib:
“70 yaşım olacaq, İnşallah. Allah bu yaşı görməyi sizə də qismət eləsin. Gözəl yaşdır. Gözəl hisslər keçirirəm”.
Yubileyi hansı şəkildə və hansı məkanda keçirəcəyi ilə bağlı suala isə millət vəkili belə cavab verib:
“Heç bir yubiley tədbiri olmayacaq. Orucluqdur. Öz evimdə, ailə-uşaqlarımla iftar süfrəsi ətrafında yığışacağıq”.
Surxay Atakişiyev, Bizim.Media