Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşdu - 3 yaralı var - FOTO

Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşdu - 3 yaralı var - FOTO

Hazırda oxunan: Göygöldə mikroavtobus minik avtomobili ilə toqquşdu - 3 yaralı var - FOTO

130132

Göygöldə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Mərkəzi Xəstəxanasının qarşısında qeydə alınıb.

Hərəkətdə olan mikroavtobusla VAZ markalı minik avtomobili toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir.

Qəza nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub. Bunlar 1996-cı il təvəllüdlü Seymur Mirzəyev, 2002-ci il təvəllüdlü Mirhüseyn Əliyev və 1962-ci il təvəllüdlü Kəmalə Vəliyevadır. Həkimlər qadının vəziyyətini normal, digərlərinin durumunu isə kafi və orta-ağır kimi qiymətləndirirlər.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO