Raqif Abbasov və müavini Aydın Yusifova VƏZİFƏ verilir

Raqif Abbasov və müavini Aydın Yusifova VƏZİFƏ verilir

Hazırda oxunan: Raqif Abbasov və müavini Aydın Yusifova VƏZİFƏ verilir

130130

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova yeni vəzifə verilir. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, yaxın günlərdə Raqif Abbasov "AR Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" ölkə Prezidentinin Sərəncamı ilə yaradılmış Abşeron−Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunacaq. 

Həmçinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov isə yaxın günlərdə Şirvan−Salyan Regional Gənclər və İdman İdarəsinə rəis gətirilir. 

Artıq bununla bağlı Gənclər və İdman Nazirliyi rəhbərliyi tərəfindən yeni yaradılmış müvafiq şəhər, rayon gənclər və idman idarələrinə məlumat verildiyi deyilir. 

Xatırladaq ki, Prezident İlham Əliyevin 10 dekabr 2022-ci il tarixli "Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" Sərəncamı ilə rayon, şəhər gənclər və idman idarələrinin əsasında Regional Gənclər və İdman idarələri yaradılıb.

Alçina Amilqızı, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO