Kolleclərə qəbul üçün 17 minə yaxın abituriyent ərizəsini TƏSDİQLƏNDİ

Kolleclərə qəbul üçün 17 minə yaxın abituriyent ərizəsini TƏSDİQLƏNDİ

Hazırda oxunan: Kolleclərə qəbul üçün 17 minə yaxın abituriyent ərizəsini TƏSDİQLƏNDİ

129990

Ümumi (9 illik) orta təhsil bazasında 2023/2024-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclər) tələbə qəbul davam edir. 

Bizim.Media Dövlət İmtahan Mərkəzinin saytına istinadla xəbər verir ki, bu gün saat 18:10-a olan məlumata görə, 16 min 739 (Azərbaycan bölməsi -16 min 249; rus bölməsi - 490) abituriyent ərizəsini təsdiq edib. 

Ərizə qəbulu aprelin 24-dək internet vasitəsilə aparılır. Abituriyentlər DİM-in ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra müvafiq səhifəyə daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO