Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK 

Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK 

Hazırda oxunan: Əfv Məsələləri Komissiyasının növbəti iclası KEÇİRİLƏCƏK 

129952

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

Bizim.Media xəbər verir ki, növbəti iclas aprel ayının 12-də keçiriləcək.

Qeyd edək ki, indiyədək iclaslarda əfvlə bağlı 1 400-dən artıq müraciətə baxılıb.

Azərbaycanda ötən il imzalanan sonuncu əfv sərəncamına əsasən, ümumilikdə 213 nəfər əfv edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.
Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO