“Düşmənlərimiz bilsin ki, bundan sonrası çox ağır olacaq”- FAZİL MUSTAFA 

“Düşmənlərimiz bilsin ki, bundan sonrası çox ağır olacaq”- FAZİL MUSTAFA 

Hazırda oxunan: “Düşmənlərimiz bilsin ki, bundan sonrası çox ağır olacaq”- FAZİL MUSTAFA 

129925

“Səhhətimdə xeyli irəliləyiş var, inşallah bir neçə günə xəstəxanadan çıxıb müalicəmi evdə aparacağam. Hələ ki, namaza və oruca fiziki imkanlarım yol vermir. Ümid edirəm ki,  bunu da uyğun şərtlərdə bərpa edəcəyəm”. 

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa özünün “Facebook” profilində qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Millət vəkili: “Yoldaşım qapını açanda dedim ki, məni vurdular” - VİDEO


Onun sözlərinə görə bu gün köməkçilərinə hər həftə oluğu kimi Bakıxanov qəsəbəsindəki ofisində seçiciləri qəbul etməyi və tədbir görmək üçün müraciətləri ona çatdırmalarını tapşırıb:

“Artıq gələn həftədən başlaraq evdən seçicilərin onlayn qəbulunu da keçirməyi nəzərdə tuturam. Şəraitə uyğunlaşmaq lazımdır. Solaxay olmağım bu məqamda işimə yaradı. Fürsət tapdıqca yeni kitabım üzərində xeyli işlədim. Təəssüf ki, yayda Berlində keçiriləcək Ümumdünya Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmalı oldum. Azərbaycan Xüsusi Olimpiya komitəsinin prezidenti olaraq komandamızın uğur qazanacağına inanıram, ruhən onlarla birlikdə olacağam.

Milli düşmənlərimizə gəldikdə isə, bilsinlər ki, mübarizə bu gün də, yarın da var. Mən də onun ən ön sıralarında! Bu Vətən, bu vövlət, bu millət əmanətimizdir. Canımızda azacıq ölüm qorxusu vardı, şükür ki, onu da yoxa çıxardınız. Bundan sonrası sizlərə çox ağır olacaq! Bu mübarizədə fədakarcasına borcunu yerinə yetirən qardaş-bacılarımızın həmişəkindən daha güclü əzmlə yanındayam!”, - deyə deputat əlavə edib. 

Xatırladaq ki, 28 mart gecə saatlarında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa evinin qarşısında güllələnmişdi.

Hazırda Milli Məclisin deputatı Fazil Mustafanın müalicəsi davam edir, həkim müşahidəsi altındadır.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO