"Bazarstore"un anbarında YANĞIN

Hazırda oxunan: "Bazarstore"un anbarında YANĞIN

129888

Gəncə şəhərində çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, "Bazarstore" MMC-nin ümumi sahəsi 1210 m² olan mağazasının anbarında sahəsi 6 m² olan iş otağının yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Bizim.Media-ya bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO