Azərbaycanda İLK: Saatlıda əncir bağı salınır - FOTO

Azərbaycanda İLK: Saatlıda əncir bağı salınır - FOTO

Hazırda oxunan: Azərbaycanda İLK: Saatlıda əncir bağı salınır - FOTO

129860

Ölkə ərazisində ilk dəfə olaraq intensiv əncir bağı salınır. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, ilk və yeni olan intensiv əncir bağı Saatlı rayonu Qaralar kəndində salınır. 

Məlumata görə, Saatlı rayonu ərazisində yerləşən bağda ağacların yetişdirilməsi və formaya salınması da yeni metodla aparılacaq.

Aqronom Murtal Yurtal açıqlamasında bildirib ki, bağ intensiv əkinçilik olduğu üçün ağaclar tirə üsulu ilə əkilir.

Həmçinin bağda əkin işləri aparılmamışdan öncə aqrotexniki qaydaya uyğun şum, mala işləri görülüb və torpağa gübrə verilib. Daha sonra ağacların əkilməsinə başlanılıb.

"Məqsəd isə gələcəkdə ağacları həm qrunt sularından qorumaq, eyni zamanda onların suya olan təlabatını nizamlaya bilməkdir. Türkiyə  təcrübəsindən istifadə olunan bağda, əncir ağacları ənənəvi üsuldan fərqli əkilir və fərqli formada yetişdiriləcək. Burada iki bitkinin arası üç metr olacaq və gövdə 3 metrə qədər uzanacaq. Hər 40 sm-dan bir sol və sağ tərəfdə cərgənin bar budaqları olacaq. Ağacların ilk ilində gövdə və bar budaqları formalaşdırılacaq ki, bu da öz növbəsində gələcəkdə məhsul tədarükünün rahat aparılmasına şərait yaradacaq.

7 hektar ərazini əhatə edən bağ Türkiyədən gətirilən "Bursa siyahı" adı ilə tanınan  tinglərdən ibarət olacaq. Yüksək məhsuldarlığı ilə seçilən sort, həm də  xarici bazar üçün olduqca uyğun sayılır. Hazırda əkilən fidanlar bir yaşındadır. İki yaşından isə ağaclar məhsul verməyə başlayacaq. Bar budaqlarının üzəridən də hər yarpaq qoltuğundan təxmini 80-100 qram ağırlığında qara rəngli "Bursa siyahı" deyilən Türkiyə sortu əncir toplanılacaq. Hər hektardan 40 ton civarında məhsul götürmək mümkün olacaq", - deyən M.Yurtal sonrakı illərdən isə ağacların məhsul veriminin daha da çoxalacağını bildirib.
Təsərrüfat sahibi Həbib Əhmədov isə ərazidə əncir ağacları ilə bərabər digər meyvə ağaclarının da əkiləcəyini qeyd edib. 

"Ümumilikdə 20 hektar ərazini əhatə edən bağda bir neçə növ ağac olmaqla 17 min meyvə tinginin əkilməsi planlaşdırılır. Bağın digər bir hissəsini iki ayrı sortdan ibarət olan nektarin təşkil edəcək. Bunlar "Yastı" və "Tüksüz" sortlardır ki,  məhsuldarlığı ilə seçilir. Bağın üçüncü  hissəsində isə ərik ağacları əkiləcək. Ərik ağacları da həm yerli, həm də xarici sortlardan ibarətdir. Bunlardan biri "Ordubad" sortu, digəri isə "Türkiyə" sortudur", - deyə H.Əhmədov dilə gətirib.














Aqil Əsədov, Bizim.Media, Aran bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO