Minimum əməkhaqqı qədər ödəniş tələb edən ABİTURİYENT KURSLARI – ARAŞDIRMA  

Minimum əməkhaqqı qədər ödəniş tələb edən ABİTURİYENT KURSLARI – ARAŞDIRMA  

Hazırda oxunan: Minimum əməkhaqqı qədər ödəniş tələb edən ABİTURİYENT KURSLARI – ARAŞDIRMA  

129855

Bu günlərdə 11-ci siniflər buraxılış imtahanı verir, əvvəlki illərin məzunları, rus bölməsində təhsil alanlar üçün imtahanalar keçirilir.

Məlumdur ki, gələn aydan ali məktəblərə qəbul imtahanlarının əsas mərhələsi başlayacaq. Elə bu səbəbdən də tədris ilinin sona doğru getməsi abituriyentlərin həyəcanını daha da artırır.  

Bu günlərdə keçirilən imtahanlara qatılan şagird və abituriyentlər bəzən sualların çətiniyindən, çox vaxt aparmasından və s. şikayətlənir.

Bir qisim insanlar isə düşünür ki, ali məktəbə daxil olmaq üçün bu cür çətinliklər normaldır.

İmtahan marafonunda həyəcan, təşviş yaşayan isə sadəcə abituriyentlər deyil. Eyni zamanda, valideynlər də narahatdır. Təəssüf ki, ölkədə təhsil hamı üçün əlçatan adını alsa da, reallıqda bunu müşahidə etmirik. Sadəcə məktəbdə verilən təhsillə şagirdin ali məktəbə qəbul olması nadir hallarda mümkün olur. 
 

MÖVZU İLƏ BAĞLI:

Kolleclərə tələbə qəbulu elan edildi


Hazırda imtahan suallarının necə qurulduğu, həmin suallarla işləmək vərdiş və bacarığının özü, ayrıca dərs mövzularıdır. Hazırlıq kursuna və yaxud əlavə müəllim yanına getməyən uşaqlar, müəyyən biliklər əldə etsə belə, çox zaman imtahan vaxtı sualla necə davranmağı bilmirlər. 
Hazırlıq kursları və fərdi müəllim hazırlığ qiymətləri isə kifayət qədər yüksəkdir.

Bizim.Media olaraq, bir neçə məşhur hazırlıq kurslarının qiymətlərini araşdırdıq. 

Məlum oldu ki, ayda evinə 700-800 manat gəlir gələn insanların öz övladlarını nəinki fərdi müəllim yanına, qrup şəklində olan kurslara da göndərə bilməzlər. 

Məsələn, 2018-ci ildə bir fənn üzrə fərdi hazırlıq qiyməti 80 manat olan kurs, hazırda bu qiyməti 100-120 manata qaldırıb. 9-cu siniflər üçün 3 fənn üzrə həftədə iki dəfə keçirilən dərslərin aylıq ödənişi 200 manatdır. 

5 fənn üzrə qəbul imtahanlarına hazırlıq paketinin qiyməti isə 300 manatdır. 

2018-ci ildə həftədə 3 dəfə olmaqla 270 manata dərs verən kurslar hazırda bu qiyməti  290-350 manat arasında təqdim edir. Fənnlərin sayı artıqca qiymətlər də yüksəlir. Bundan əlavə, filialın yerləşdiyi əraziyə görə qiymətlərdə cüzi də olsa, fərqlər olur. Adları o qədər də populyar olmayan hazırlıq kurslarında qiymətlər nisbətən az olsa da, aşağı büdcəli ailələr üçün yenə də əlçatan deyil. 

Fərdi müəllim hazırlığına getmək istəyənlər üçün isə qiymətlər daha da yüksəkdir. Fərdi müəllim hazırlığı (kurslarda deyil, yalnız evlərdə) ən azı 50-80 manatdan başlayır. 

Daha çox son dövrlərdə gündəmə gələn onlayn hazırlıq qruplarının qiymətləri isə nisbətən aşağıdır. Bu cür kurslar həftədə iki dəfə olmaqla, qrup halında keçdikləri dərsləri 40-80 manata təklif edirlər. 


Göründüyü kimi, ya abituriyent o qədər zəkalı olmalıdır ki, heç bir müəllim köməyinə ehtiyac duymasın, Ya da valideynlər müəyyən büdcəyə sahib olmalıdır ki, övladlarına normal təhsil verə bilsinlər...

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO