Rusiyada ilk Azərbaycan dilli teatr olan Dərbənddəki Azərbaycan Dövlət Dram Teatrının binası yenidən qurulur.
Bizim.Media-nın Dərbənd Azərbaycan Milli-Mədəni Muxtariyyətindən əldə etdiyi məlumata görə, hazırda teatrın binasında tikinti-quraşdırma işləri yüksək templə davam edir.
Dərbənd şəhər İcra Hakimiyyətinin başçısı Rustambəy Pirməmmədov, Dərbənd rayon İcra Hakimiyyətinin başçısı Mövsüm Rəhimov və Dərbənd şəhər Deputatlar Məclisinin sədri Həsən Mirzəyev teatrın binasında aparılan işlərlə tanış olmaq üçün əraziyə gəliblər.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu