Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyətinin daha bir qrupu “Bayraktar Akıncı” PUA kursunu bitirib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Məlumata görə, məzuniyyət mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və səfirliyin hərbi attaşesi Müşfiq Məmmədov da iştirak edib. Məzun olan heyətə attestatlar təqdim edilib.
Bizim.Media