Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Herbari fondunun əməkdaşlarının Mərkəzi Nəbatat Bağında aparılan təmir işləri nəticəsində Botanika İnstitutunun yerləşdiyi binanın söküləcəyinə dair narahatlığı barədə açıqlama verib.
Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, Botanika İnstitutunun fəaliyyəti ilə bağlı hər hansı bir məhdudiyyət yoxdur. Burada çalışan əməkdaşlar da öz fəaliyyətlərini davam etdirməkdədirlər:
MÖVZU İLƏ BAĞLI:
Botanika İnstitutu KÖÇÜRÜLÜR – 2 əsrlik fond məhv olma TƏHLÜKƏSİLƏ ÜZ-ÜZƏ
“Eyni zamanda Botanika İnstitutunun Herbari fondu da elə yerləşdiyi binadadır.
Bildiririk ki, müvafiq maddi-texniki bazası olan bina olduğu təqdirdə institutun həmin binaya köçürülməsi ilə bağlı qərar qəbul ediləcək. Hazırda hər hansı bir köçürülmədən söhbət getmir.
Məsələ ilə bağlı əlavə məlumat veriləcək”.
Bizim.Media