Lənkəranda ana doğuş zamanı öldü - VİDEO

Lənkəranda ana doğuş zamanı öldü - VİDEO

Hazırda oxunan: Lənkəranda ana doğuş zamanı öldü - VİDEO

129648

Lənkəranda doğuş zamanı ana ölümü olub. 

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, Lənkəran rayonunun Ləj kənd sakini 1995-ci il təvəllüdlü Gülnar Xanhüseyn qızı Fərzəliyeva dünən gecə saatlarında qanaxma ilə Lənkəran Perinatal Mərkəzə çatdırılıb. Xəstə təcili əməliyyata götürülüb. 

Keysəriyyə əməliyyatı zamanı 8 aylıq olan uşaq götürülsə də, 28 yaşlı Gülnarın həyatını xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Gülnar Fərzəliyeva Liman şəhərində yaşayıb. Onun 9 yaşlı bir oğlu var və bu onun ikinci hamiləliyi idi. Hazırda 8 aylıq körpə küməcdə saxlanılır. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO