Partiyalar üçün ÖLÜM-QALIM MÜBARİZƏSİ – Kimlər “sağ qalmağı” bacaracaq?

Partiyalar üçün ÖLÜM-QALIM MÜBARİZƏSİ – Kimlər “sağ qalmağı” bacaracaq?

Hazırda oxunan: Partiyalar üçün ÖLÜM-QALIM MÜBARİZƏSİ – Kimlər “sağ qalmağı” bacaracaq?

129635

Siyasi partiyalar haqqında yeni qanunun qəbulundan sonra ölkədə fəaliyyət göstərən və tələblərə cavab verməyən bir çox partiyalar iki seçim qarşısında qalmalı olublar. Onlar ya qanunun tələblərinə cavab verməyərək, buraxılmalı, ya da digərlərilə birləşməklə fəaliyyətlərini davam etdirməlidirlər. 

Bu müstəvidə son bir neçə ayda bir çox partiyalar siyasi fəaliyyətlərinə son qoyaraq özlərini buraxıblar. Son olaraq dünən Vahid Kommunist Partiyası da buraxıldığını elan etdi. Bununla da son bir ayda fəaliyyətini dayandıran partiyaların sayı 3-ə çatdı. Bir sıra partiyaların isə birləşmək istiqamətində fəaliyyətə start verdikləri bildirilir. 

Ölkədə hazırda 57 siyasi partiya qeydiyyatdadır. Yeni siyasi konfiqurasiya şəraitində isə onların sayının xeyli azalacağı birmənalıdır. Bu mənada maraqlıdır görəsən, hansı partiyalar yeni siyasi konfiqurasiyada sağ qalmağı bacaracaqlar?

Bizim.Media-ya açıqlamasında ictimai əlaqələr sahəsi üzrə mütəxəssis, jurnalist Arif Əliyev bildirir ki, yaranmış yeni siyasi konfiqurasiyada hakim partiya ilə yanaşı, Müsavat, AXCP, Vətəndaş Həmrəyliyi Partiyası və parlamentdə təmsil olunan bir sıra siyasi təşkilatlar sağ qalmağı bacaracaqlar:

“Partiyalar haqqında yeni qanunun qəbulundan sonra siyasi təşkilatların qeydiyyatı ilə bağlı tələblərin dəyişməsinə baxmayaraq, bu fonda ölkədə hər hansı bir yeni siyasi qüvvə və ya siyasi təşkilatın yaranacağını düşünmürəm. Partiyaların güc nisbətində, fəaliyyət formalarında də heç bir dəyişiklik olmayacaq.

Əksər partiyalar üzvlərin sayı ilə bağlı olan yeni tələblərə cavab vermir. Onsuz da ona qədər də partiyaların böyük əksəriyyətinin fəaliyyəti ümumiyyətlə görünmürdü. 

Bütün hallarda yeni qanunun qəbulu ilə ölkədə fəaliyyət göstərən siyasi təşkilatların sayı indikindən xeyli az olacaq. Neçəsinin fəaliyyətini davam etdirə biləcəyini demək çətindir. Hər halda hakim partiya olan YAP və Müsavat, AXCP kimi iri müxalif partiyaların yeni situasiyada da fəaliyyətlərini davam etdirəcəkləri şübhə doğurmur. Bundan başqa, parlamentdə təmsil olunan partiyaların əksəriyyəti, o cümlədən Vətəndaş Həmrəyliyi Partiyası fəaliyyətini davam etdirəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO