Orta əsrlərdə olduğu kimi, 21-əsrdə də falçılara inananlar, onlardan nicat umanlar az deyil.
Təəssüflər olsun ki, dəyişən yalnız görünüşümüzdü, mahiyyətdə isə heç bir fərq yoxdu. 300-400 il əvvəlki cəhalət bu gün də eyni formada davam edir.
Sosial şəbəkələrdə yaranmış mənzərə bunu deməyə əsas verir.
Demək olar ki, günün ikinci yarısından başlayaraq bütün gecə boyu falçılar “TikTok”, “Instagram” və digər sosial şəbəkələri zəbt edirlər. Müştərilər daha doğrusu qurbanlar isə yüzlərlədi. Ən dəhşətlisi isə budur ki, bu falçıların əksəriyyəti guya Quran açıb fala baxdıqlarını iddia edirlər.
Mövzuyla bağlı hazırladığımız süjeti təqdim edirik:
Ziya Hikmətoğlu, Əfqan Pənahoğlu, Bizim.Media