Şirvanda İŞ QƏZASI – İki fəhlə ağır YARALANDI

Şirvanda İŞ QƏZASI – İki fəhlə ağır YARALANDI

Hazırda oxunan: Şirvanda İŞ QƏZASI – İki fəhlə ağır YARALANDI

129605

Şirvanda fəhlələr iş zamanı ağır bədən xəsarətləri alıblar. 

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, “Şirvan OİL” şirkətinin işçiləri iş zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. 

Xəsarət alanlar Şirvan şəhər sakinləri, 1965-ci il təvəllüdlü Mahmudov İlyas Ağaməli oğlu və 1973-cü il təvəllüdlü Şükürov Şamil Əvəz oğludur. Belə ki, işləyən zaman üzərilərinə dəmir parçaları düşüb. 

Yaralılar dərhal Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO