Bakıda iranlı narkotacirə işləyən 5 nəfər saxlanıldı – VİDEO  

Bakıda iranlı narkotacirə işləyən 5 nəfər saxlanıldı – VİDEO  

Hazırda oxunan: Bakıda iranlı narkotacirə işləyən 5 nəfər saxlanıldı – VİDEO  

129601

Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. 

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. 

Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar.  

Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılanlar şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları "Mobil" adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini və həmin şəxs tərəfindən narkokeryerliyə cəlb olunduqlarını bildiriblər. 
Əməliyat nəticəsində tutulan şəxslərin həmçinin "Mobil" adlı İran vətəndaşının göstərişi ilə sosial şəbəkələrdə gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olduqları da müəyyən edilib. 

Qeyd edilən faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. 

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO