Balakən şəhərini çirkləndirənlər cəzalandırıldı – FOTO  

Balakən şəhərini çirkləndirənlər cəzalandırıldı – FOTO  

Hazırda oxunan: Balakən şəhərini çirkləndirənlər cəzalandırıldı – FOTO  

129594

Rayon ərazisində ətraf mühiti çirkləndirən və qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərin müəyyən olunması, onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib. 

Bizim.Media-nın yerli bürosu bildirir ki, rayon icra hakimiyyəti və polis şöbəsinin keçirdiyi birgə tədbirlər nəticəsində səkilərdə piyadaların hərəkətini çətinləşdirən, natəmizlik yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar aşkarlanıb.

Polis əməkdaşları həmin şəxslərlə maarifləndirici söhbətlər apararaq yalnız müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyini onların diqqətinə çatdırıb. 

Həmçinin, ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitar-gigiyenik normalara riayət edilməsinin təmini məqsədilə aparılan yoxlamalar zamanı isə məişət tullantılarını urnalardan kənara ataraq ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub.

Onlarla profilaktik söhbət aparılıb və barələrində inzibati tənbeh tədbiri görülüb. 

Belə tədbirlərin rayonun kənd və qəsəbələrində də keçirilməsi nəzərdə tutulur.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO