Qusar rayon sakini helikopter düzəldib.xa0
Moderator.az xəbər verir ki, “Report”x9dun məlumatına görə, rayon sakini Mirzəxan İmamquliyev 6 ildir ki, üzərində çalışdığı helikopteri ərsəyə gətirə bilib.
M.İmamquliyev bildirib ki, helikopteri hazırlamaq üçün 15 avtomobilin müxtəlif ehtiyat hissələrindən istifadə olunub:xa0
“Hazırladığım helikopterə Ukrayna istehsalı olan “Zaparojets”x9d markalı avtomobilin mühərrikini qoymuşdum. Lakin həmin mühərrikin gücü az olduğundan dəyişərək yerinə “VAZ 2103”x9d xa0markalı avtomobilin mühərrikini qoydum”x9d.
Helikopter hazırlamaq uşaqlıq arzusu olduğunu deyən M.İmamquliyev işlərin 95 faizinin yekunlaşdığını bildirib. xa0O əlavə edib ki, hazırladığı helikopter sentyabr ayında uçuşa hazır olacaq.xa0
Qeyd edək ki, bu helikopterin hazırlanması üçün bu günə qədər 3 000 manatdan artıq vəsait sərf olunub.
































































































