Goranboyda yol qəzasında ölən şəxs polis əməkdaşıdır - YENİLƏNİB

Goranboyda yol qəzasında ölən şəxs polis əməkdaşıdır - YENİLƏNİB

Hazırda oxunan: Goranboyda yol qəzasında ölən şəxs polis əməkdaşıdır - YENİLƏNİB

129374

Daxili İşlər Nazirliyi Goranboyda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Bizim.Media-ya bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub.

“Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Rəşad Məhərrəmov idarə etdiyi "Opel" markalı avtomobil ilə idarə etməni itirib və nəticədə avtomobil aşıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb, sərnişin Goranboy Rayon Polis Şöbəsinə əməkdaşı, polis baş serjantı, 1996-cı il təvəllüdlü Yusif İbrahimli isə ölüb”, - o deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

*** 09:35

Goranboyda baş verən yol nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Zeyvə kəndinin yaxınlığında hərəkətdə olan VAZ markalı minik maşınının sürücüsü idarəetməni itirib.

Avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 1996-cı il təvəllüdlü Yusif İbrahimov hadisə yerində ölüb.

1991-ci il təvəllüdlü Rəşad Məhərrəmov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

İlkin versiyaya görə hadisəyə səbəb yağışlı hava şəraiti olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO