AMEA-nın Ümumi yığıncağı BU TARİXDƏ keçiriləcək

AMEA-nın Ümumi yığıncağı BU TARİXDƏ keçiriləcək

Hazırda oxunan: AMEA-nın Ümumi yığıncağı BU TARİXDƏ keçiriləcək

129348

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Ümumi yığıncağı keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə qurumun Rəyasət Heyətinin aprelin 6-da keçirilən iclasında qərar qəbul olunub. 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, qurumun ulu öndərin 100 illik yubileyinə həsr edilmiş Ümumi yığıncağında Akademiyanın həqiqi və müxbir üzvləri, respublikanın tanınmış alim və ziyalıları ilə yanaşı, Türkiyə, Pakistan, Rusiya, Gürcüstan və başqa ölkələrin akademik elmi qurumlarından rəhbər şəxslərin iştirakı da nəzərdə tutulur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO