Sumqayıt Kimya Sənaye Parkında yeni rezidentlər

Sumqayıt Kimya Sənaye Parkında yeni rezidentlər

Hazırda oxunan: Sumqayıt Kimya Sənaye Parkında yeni rezidentlər

129321

Sumqayıt Kimya Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bununla da Sənaye Parkının rezidentlərinin sayı 35-ə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İZİA-dan məlumat verilib. 

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkında yeni sənaye sahələrinin yaradılması, rəqabətqabiliyyətli və ixracyönümlü yeni məhsul istehsalının təşkili, Sənaye Parkına investorların cəlb olunması işləri davam etdirilir.

Sənaye Parkında 3 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, bununla da rezidentlərin sayı 35-ə çatıb. 

Yeni rezidentlər - “Az-Kom Servis” MMC tullantı yağının təkrar emalı nəticəsində SN 150, SN 350 və SN 500 markalı baza yağı, eləcə də bitum və dizel yanacağı, “Neo Project” MMC müxtəlif ölçülü kompozit (fiberqlas) armatur və şəbəkə istehsalı, “Sakuraz Green Energy” MMC isə litium akkumulyatorlarının bərpasını həyata keçirəcək müəssisə inşa edəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO