Azərbaycanda 7 faydalı qazıntı yatağı istifadəyə verilib

Azərbaycanda 7 faydalı qazıntı yatağı istifadəyə verilib

Hazırda oxunan: Azərbaycanda 7 faydalı qazıntı yatağı istifadəyə verilib

129311

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin birlikdə keçirdiyi növbəti hərracda 7 faydalı qazıntı yatağı istifadəyə verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə ƏMDX-nin məlumatında bildirilib. 

Məlumata görə, hərracda Abşeronda yerləşən “Qobu” gil və “Güzdək” əhəngdaşı yataqlarının hər birinin 5 hektar sahəsi, Ağdamda olan “Qarqarçay” qum-çınqıl yatağının 5 hektar, Şəmkirdəki “Alabaşlı” hematit yatağının 5,34 hektar, Göygöldə “Qızılca” plagioporfir yatağının 3 hektar, Qubada “Qorxmazoba” qum-çınqıl yatağının 25 hektar, Ağcabədidə “Şahmalı” qum-çınqıl yatağının isə 2 hektar sahəsi istifadəyə verilib. 

Hərracda investorların fəallığı müşahidə edilib. Belə ki, “Qorxmazoba” qum-çınqıl yatağının LOT-1 və LOT-2 üzrə keçirilən hərracı olduqca rəqabətli olub. LOT-1 üzrə edilən ən son təklif 18 000 manatdan 500 000 manata, LOT-2 üzrə isə 18 000 manatdan 135 000 manata yüksəlib. 
Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısı ilə buradan tanış olmaq mümkündür: //clck.ru/344ecR 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO