Ümumtəhsil müəssisələrində tədrisin saxlanılması ilə bağlı nazirlik hər hansı qərar verməyib. Sabah da təhsil davam edəcək.
Lakin məktəblərdən uzaq məsafədə yaşayan müəllim və şagirdlər dərsə gəlməzlərsə, onlar üzürlü sayılacaqlar.
MÖVZU İLƏ BAĞLI:
Bakıda bəzi məktəblərdə dərslər təxirə salındı – Nazirliyin qərarı yoxdur
Bu fikirləri Bizim.Media-ya açıqlamasında Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov söyləyib.
O bildirib ki, onsuzda məktəblərdə tədris hibrid sistemdə həyata keçirilir. Hələlik Operativ Qərargahın da sabahla bağlı heç bir qərarı yoxdur:
“Təhsil Nazirliyi tövsiyyə edir ki, qarlı, buzlu hava şəraitində dərsə gələ bilməyən şagird və müəllim heyyəti öz aralarında razılıq əldə etsin. Onların dərsə gəlməməkləri üzürlü sayılacaq”.
Gülşanə Mustafayeva, Bizim.Media