“Qarabağ Mixaylosu”nun qardaşı yüksək vəzifəyə təyin OLUNDU - FOTO

“Qarabağ Mixaylosu”nun qardaşı yüksək vəzifəyə təyin OLUNDU - FOTO

Hazırda oxunan: “Qarabağ Mixaylosu”nun qardaşı yüksək vəzifəyə təyin OLUNDU - FOTO

129274

Qax rayon Qıpçaq kənd sakini, Nadir Ziyadlı böyüyüb boya-başa çatdığı, təhsil aldığı kəndin tam orta məktəbinə direktor təyin edilib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bununla bağlı Təhsil naziri Emin Əmrullayev bu günlərdə əmr imzalayıb.  

Məlumata görə, Nadir Ziyadlı Bakı Dövlət Universitetinin kimya fakültəsinin yetirməsidir. O,  müəllimlərin eləcə də direktorların işə qəbul müsabiqələrindən yüksək bal yığıb, müsahibə mərhələsindən uğurla keçib. 
Qeyd edək ki, Qıpçaq kənd tam orta məktəbi birinci Qarabağ şəhidi, haqqında əfsanələr dolaşan və “Qarabağ Mixaylosu” kimi tanınan Mehdi Ziyadovun adını daşıyır. 

Nadir Ziyadlı illərdən sonra qardaşının adını daşıyan məktəbə direktor təyin edilməsini təsdiqləyib.

Şəki-Zaqatala regional təhsil idarəsindən də təyinatı təsdiqləyiblər. Bu gün Nadir müəllim Qax rayon təhsil sektorunun müdiri Babək Heydərov tərəfindən kollektivə təqdim olunub.


Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO