Qəbələdə şəhid doğum günündə belə ANILDI - FOTO

Qəbələdə şəhid doğum günündə belə ANILDI - FOTO

Hazırda oxunan: Qəbələdə şəhid doğum günündə belə ANILDI - FOTO

129228

Erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribat nəticəsində şəhadətə yüksələn Sərhəd Qoşunlarının hərbi qulluqçusu, kiçik gizir Elşən Babazadə doğrum günündə böyük izdihamla anılıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Elşən Babazadə Qəbələ rayonunun Mıxlıqovaq kəndində doğulub boya-başa çatıb.

Məktəb illlərindən sərhədçi olmağı qarşısına məqsəd qoyan Elşən bu istəyinə nail olmaq üçün bir sıra çətin imtahanlardan uğurla keçib. 

O, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olarkən bütün keyfiyyətləri ilə əsgər yoldaşlarından fərqlənib. 

Onun fiziki və mənəvi hazırlığı hərbi hissə komandirlərinin diqqətindən yayınmayıb və əsgərliyi başa vuran kimi komandanlığın göndərişi ilə gizirlər məktəbinə cəlb edilib.

Vətən müharibəsi başlayanda isə artıq Elşən yetkin bir sərhədçi-hərbçi kimi öz işinin öhdəsindən gələ bilirdi. Döyüşlərə də könüllü qatılıb və rəhbərlik etdiyi bölük bir neçə əməliyyatı uğurla icra edib. 

Döyüşlərdən birində isə əsgərlərini qoruyaraq öndə gedir və böyük qüvvə ilə hücuma keçən düşməni geri oturtsalar da Elşən şəhid olur. 

Döyüşlərdə göstərdiyi igidliyə görə bir neçə medalla təltilf edilən Elşən Babazadə doğulduğu Mıxlıqovaq kənd qəbirstanlığında torpağa tapşırılıb. Onun əziz xatirəsi digər şəhidlər kimi hər zaman əziz tutulur. 

Doğum günündə şəhidin ailə üzvləri, döyüş yoldaşları, rayon icra hakimiyyətinin rəhbərliyi eləcə də və təhsil aldığı məktəbin kollektivi şəhidin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, ruhuna dualar oxuyublar. 

Burada da şəhidin döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.




Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO