UNEC Zaqatala filialından rayon mərkəzi kitabxanasına anlamlı hədiyyə - FOTO 

UNEC Zaqatala filialından rayon mərkəzi kitabxanasına anlamlı hədiyyə - FOTO 

Hazırda oxunan: UNEC Zaqatala filialından rayon mərkəzi kitabxanasına anlamlı hədiyyə - FOTO 

129154

Ümummilli Lider Heydər Əliyev 100 illik yubileyi ərəfəsində UNEC Zaqatala filialında anılıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, filialın müəllim və fəal tələbələrinin iştirakı ilə Zaqatala şəhərinin Mərkəzi Kitabxanasında təşkil edilən tədbirdə kitabxananın müdiri Leyla Məmmədova filialın əməkdaşlarını salamlayıb.  

Filialın direktor müavini, dosent Həqiqət Qədimova çxışında qeyd edib ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovusdurmuş qüdrətli şəxsiyyətdir: 

“Davamlı yuksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”.  

Sonra filialın " İqtisadiyyat və idarəetmə" kafedrasınin baş müəllimləri Qüdrət Qırtımov, Camal Arıxov, filialın əməkdaşı Gülnigar Məmmədova çıxışlarında ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə özunün qeyri- adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyidən söz açıblar.  
İştirakçılar Mərkəzi kitabxanada Heydər Əliyevə həsr olunmuş sərgi ilə tanış olub. Sonda ulu öndərin portreti kitabxanaya hədiyyə olunub.  






Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO