Dərsə gecikən şagirdin döşəmə sildiyi, tualet xəbərdarlığı aldığı məktəbin direktoru CƏZALANDIRILDI 

Dərsə gecikən şagirdin döşəmə sildiyi, tualet xəbərdarlığı aldığı məktəbin direktoru CƏZALANDIRILDI 

Hazırda oxunan: Dərsə gecikən şagirdin döşəmə sildiyi, tualet xəbərdarlığı aldığı məktəbin direktoru CƏZALANDIRILDI 

129130

Abşeron rayonu Mehdiabad qəsəbəsi 4 saylı orta məktəbdə dərsə gecikən şagirdi cəzalandıran müəllimdən xəbər var. 

Bizim.Media xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dərsə gecikən şagirdə cəza verən müəllimlə profilaktik söhbət aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Mehdiabadda şagird dərsə gecikdiyi üçün döşəmə sildi – DETALLAR


Məktəbin direktoru Elnura Cavadzadəyə isə töhmət verilib. Eyni zamanda, şagirdlə də profilaktik söhbət aparılıb. 

Qeyd edək ki, bir müddət əvvəl Abşeron rayonunda məktəbli dərsə gecikdiyi üçün müəllimə ona məktəbin döşəməsini sildirib. Növbəti dəfə gecikmə olarsa, şagirdə məktəbin tualetinin də döşəməsini siləcəyi barədə xəbərdarlıq edilib. 

Şagirdin bacısı iddia edib ki, qardaşı döşəməni silərkən müəllimi video da çəkib. Eyni zamanda, müəllim də iddia etmişdi ki, şagirdləri belə cəzalandırmaq həmin məktəbin daxili qaydalarıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO