"Ukraine International Airlines" (UIA) aviaşirkəti bu ilin martın 13-dən etibarən Kiyevdən Bakıya birbaşa uçuşları bərpa edə bilər.
Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə şirkətin elanında deyilir.
MÖVZU İLƏ BAĞLI:
Aviareyslərlə bağlı heç bir dəyişiklik yoxdur – AZAL-dan açıqlama
Məlumata görə, şirkət Kiyevdən Bakıya aviareyslərin aprelin sonunadək həftədə iki dəfə (çərşənbə axşamı və şənbə günləri) həyata keçirilməsini planlaşdırır.
UIA artıq sözügedən aviareysə aviabiletlərin satışını açıq elan edib.
Bizim.Media