Sumqayıtda klinikada 3 aylıq körpə ÖLDÜ

Sumqayıtda klinikada 3 aylıq körpə ÖLDÜ

Hazırda oxunan: Sumqayıtda klinikada 3 aylıq körpə ÖLDÜ

129047

Sumqayıtda xəstəxanada vəfat edən 3 aylıq körpənin atası hüquq-mühafizə orqanlarına müraciət edib. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini, 1992-ci il təvəllüdlü R.Mirzəyev aprelin 4-də etdiyi müraciətdə 3 aylıq övladının Sumqayıtdakı “Nesta Med” klinikasının həkiminin səhvi ucbatından öldüyünü iddia edib. 

O, bildirib ki, martın 31-də övladını klinikaya aparıb və Bəxtiyar adlı həkim körpəni müalicə edib. Lakin az sonra uşaq dünyasını dəyişib. 

R.Mirzəyevin müraciəti ilə bağlı araşdırmalara başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO