Bakı dünyanın 50 ən möhtəşəm şəhəri sırasında yer alıb

Bakı dünyanın 50 ən möhtəşəm şəhəri sırasında yer alıb

Hazırda oxunan: Bakı dünyanın 50 ən möhtəşəm şəhəri sırasında yer alıb

129041
Britaniyada nəşr edilən, dünyanın ən böyük və möhtəşəm 50 şəhərindən bəhs edən “Skylines”x9d kitabında Bakıya xüsusi yer ayrılıb.

Nəşrin müəllifləri olan britaniyalılar Yolanda Zappaterra və Jan Fuscoe dünyada ən canlı, möhtəşəm, böyük, tanınmış, ən çox turist cəlb edən, memarlıq cəhətdən heyrətamiz 50 şəhəri seçərək, onlar haqqında məlumatları kitaba daxil ediblər.

Kitabın səhifələrində seçilmiş şəhərlərdən olan və oxucuda maraqlı təsəvvür silüeti yaradan ikonik binalar təsvir olunub. Bu təsvirlərin müəllifi məşhur britaniyalı illüstrator Jenny Seddondur.

Moderator.az Mədəniyyət nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, “Aurum Press”x9d nəşriyyatı tərəfindən Britaniyada nəşr edilən kitabda Bakı ilə yanaşı, London, Paris, İstanbul, Moskva, Nyu-York, Roma və digər şəhərlər yer alıb.

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO