3 saylı Uşaq Evinin sakini Məhəmməd Hacıyevlə bağlı daha bir AÇIQLAMA

3 saylı Uşaq Evinin sakini Məhəmməd Hacıyevlə bağlı daha bir AÇIQLAMA

Hazırda oxunan: 3 saylı Uşaq Evinin sakini Məhəmməd Hacıyevlə bağlı daha bir AÇIQLAMA

129029

3 saylı uşaq evinin sakini olan 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlu 4-cü sinfə qədər 29 nömrəli tam orta məktəbdə fərdi təhsil alıb. 

Bizim.Media "apa.az" a istinadən xəbər verir ki, bu barədə məktəbdən məlumat verilib. 

Bildirilib ki, 4-cü sinfi bitirdikdən sonra məktəbdən çıxıb. 

"2021-ci ilin aprelindən 6-cı sinfə yenidən qəbul olub və adi sinifdə təhsil alıb. 2021-2022-ci tədris ilindən yenidən məktəbdən çıxıb" - deyə cavabda bildirilib. 

Qeyd edək ki, bir müddət əvvəl 3 saylı Uşaq Evində qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Bundan sonra o, 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO