Atasının məzar daşına görə atəş açdı - SAXLANILDI - FOTO

Atasının məzar daşına görə atəş açdı - SAXLANILDI - FOTO

Hazırda oxunan: Atasının məzar daşına görə atəş açdı - SAXLANILDI - FOTO

128993

Goranboy rayonunda odlu silahdan atəş açan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbirstanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərki-silah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə sərxoş vəziyyətdə mərhum atasının qəbir daşını vaxtında düzəlmədiyini əsas gətirərək qəbirstanlığa gəlmiş orada 2 dəfə havaya 2 dəfə isə qəbir daşları düzəldən şəxsin minik avtomobilinə atəş açıb.
Q. Şirinzadə maddi sübutla birlikdə saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO