İcra başçısı Rəsulzadənin adını küçədən götüzdürdü

İcra başçısı Rəsulzadənin adını küçədən götüzdürdü

Hazırda oxunan: İcra başçısı Rəsulzadənin adını küçədən götüzdürdü

128950

Şirvan şəhərində Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan küçənin adı dəyişdirilərək, "İstiqlaliyyət küçəsi" adlandırılıb. 

Bizim.Media Demokrat.az-a istinadən xəbər verir ki, bununla bağlı Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tapşırıq verib.  

İcra başçısı İlqar Abbasov sözügedən küçənin adının dəyişdirilməsi ilə bağlı işləri bacanağı və köməkçisi olan Etibar Yolçiyevə həvalə edib.  

İcra başçısının bu addımı Şirvan şəhər sakinlərinin ciddi narazılığına səbəb olub. Şəhər sakinləri  bildirib ki, sözügedən küçə 30 ildir Rəsulzadənin adını daşıyıb: 

"İcra başçısı İlqar Abbasovun bu cür addımı yolverilməzdir, cənab Prezidentimizin siyasətinə qarşı çıxmaqdır. Şəhərin 2-ci ən böyük prospekti olan M. Ə. Rəsulzadə küçəsi 30 il idi ki, onun adını daşıyırdı. Hansı zərurətdən bu cür addım atılıb, anlaya bilmirik". 
Məsələ ilə bağlı Şirvan şəhər İcra Hakimiyyətinə informasiya sorğusu göndərsək də, hələlik cavab verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO