Nərimanovdakı Şin Zavodunda yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB 

Nərimanovdakı Şin Zavodunda yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB 

Hazırda oxunan: Nərimanovdakı Şin Zavodunda yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB 

128923

Bakı Şin Zavodunda yanğın olub. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Nərimanov rayonunda Bakı Şin Zavodunun (hazırda fəaliyyət göstərmir) ərazisində üçmərtəbəli, istifadəyə yararsız vəziyyətdə olan binanın 3-cü mərtəbəsində kəsilməkdə olan, 6 ton tutumlu çənin içərisində qır qalıqları və ətrafında 15 m² sahədə məişət tullantıları yanıb. 
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

*** 19:04

Bakının Nərimanov rayonu ərazisində sexdə yanğın başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə xəbər daxil olub. 

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 
Hazırda yanğınsöndürmə işləri davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO