“Xolesterinin aşağı olması bu problemlərə səbəb olur” – Kardioloqdan AÇIQLAMA

“Xolesterinin aşağı olması bu problemlərə səbəb olur” – Kardioloqdan AÇIQLAMA

Hazırda oxunan: “Xolesterinin aşağı olması bu problemlərə səbəb olur” – Kardioloqdan AÇIQLAMA

128896

Artıqlığı orqanizmdə bir sıra fəsadlara yol açan xolesterinin əsas funksiyasının nədən ibarət olduğu çox zaman arxa planda qalır. Həkimlər adətən onun yüksək olmasından, vurduğu ziyanlardan danışır.

Bəs, xolesterin nədir və orqanizmdə hansı funksiyanı yerinə yetirir? Ən önəmlisi xolesterinin aşağı olmasının səbəbi nədir və bu, hansı fəsadlara yol aça bilir?

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, kardioloq Fərid Əliyev Bizim.Media-ya açıqlama verib. 

Kardioloq  bildirib ki, xolesterin enerji istifadəsi, yağların depolanması, steroid hormonların və öd turşusunun əmələ gəlməsi üçün istifadə edilən, həyat üçün vacib olan mumvari- yağlı maddədir:

“Xolesterinin çoxu qaraciyərdə sintez olunur, burada triqliseridlərlə birlikdə lipoproteinlərə çevrilir və ya öd turşusu sintezi üçün istifadə edilir. Triqliseridlər bioloji proseslər üçün əsas enerji mənbəyidir və əsasən piy toxumasında toplanır. 

Triqliseridlər triqliseridlərlə zəngin ÇASLP (çox aşağı sıxlıqlı lipoproteinlər)  hissəcikləri və  onların qalıqları ilə enerji istehlakı üçün qaraciyərdən əzələ hüceyrələrinə və enerjinin saxlanması üçün isə piy hüceyrələrinə nəql olunur. Triqliseridlər şəklində olan pəhriz yağları bağırsaqda həzm olunur”.
Xolesterinin aşağı olmasının səbəblərinə və fəsadlarına gəlincə isə kardioloq deyib ki, qida və azyağlı qidaların qəbulu, qaraciyər xəstəlikləri, xolesterin əleyhinə olan dərman dozasının yüksək olması, ağır fiziki aktivlik kimi səbəblərdən aşağı ola bilər:

“Xolesterinin aşağı olması yaddaşın, əqli funksiyanın pozulmasına və s. səbəb ola bilər. Aşağı xolesterin problemi varsa, xəstənin digər xəstəlikləri araşdırılmalı və ona uyğun müalicə edilməlidir”.

Aygün İbrahimli, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO