Azərbaycan Respublikası Baş Prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsi yenidən təşkil olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat Xidməti yayıb.
Mənbə yazır ki, Baş prokuror Kamran Əliyevin əmrinə əsasən idarənin tərkibində yeni şöbə Sənəd dövriyyəsinin təşkili şöbəsi yaradılıb. Bununla da, qeyd olunan idarədə olan şöbələrin sayı 3-ə çatdırılıb. Yeni yaradılan şöbəyə rəis İsmayıl Ağayev təyin olunub.
Qeyd edək ki, bu təyinata qədər İsmayıl Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru vəzifəsində çalışıb.
Bundan başqa Baş prokurorun digər müvafiq əmrilə Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini, Statistika şöbəsinin rəisi vəzifəsinə Hümbətov Elnur Akif oğlu təyin olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:37 / 04.04.2023
Baş Prokurorluqda bu İdarə yenidən təşkil olundu - TƏYİNATLAR VAR
Hazırda oxunan: Baş Prokurorluqda bu İdarə yenidən təşkil olundu - TƏYİNATLAR VAR
Hazırda oxunan: Baş Prokurorluqda bu İdarə yenidən təşkil olundu - TƏYİNATLAR VAR
128887
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.