Modul Tipli Hospitalın işçilərinin əməkhaqqı niyə verilmir? - FHN-dən açıqlama - VİDEO

Modul Tipli Hospitalın işçilərinin əməkhaqqı niyə verilmir? - FHN-dən açıqlama - VİDEO

Hazırda oxunan: Modul Tipli Hospitalın işçilərinin əməkhaqqı niyə verilmir? - FHN-dən açıqlama - VİDEO

12888

“Təəssüflə qeyd edək ki, son günlər bəzi sosial şəbəkə səhifələri və kütləvi informasiya vasitələrində Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalın fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, böhtan xarakterli məlumatlar yayılmaqdadır.

Belə ki, vaxtilə hospitalda çalışmış və müqavilə müddətinin bitməsi və ya işində yol verdiyi nöqsanlar səbəbindən vəzifəsindən kənarlaşdırılan bəzi şəxslər qanunsuz şəkildə işdən azad edildiklərini əsassız olaraq iddia etməklə müəssisənin yüksək rəğbət qazanmış fəaliyyətinə kölgə salmağa çalışırlar.

Əsasən də bu ilin yanvar ayı üzrə əmək haqlarının gecikdirilməsini əsas gətirən bəzi əməkdaşlar bu məsələni başqa istiqamətə yönəltməyə və bununla da ictimai fikri çaşdırmağa cəhd göstərirlər”.

Bizim.Media xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Hospitalda yanvar ayı üzrə əmək haqlarının gecikməsi ilə bağlı qeyd edilib ki, qanunvericiliyə uyğun olaraq personalın əməkhaqqı müvafiq dövlət qurumlarında razılaşdırıldığından bir qədər vaxt itkisinə səbəb olub:

“Artıq məsələ həllini tapdığından yaxın günlərdə modul tipli hospitalın bütün əməkdaşları əmək haqlarını alacaqlar.

Onu da qeyd edək ki, koronaviruslu xəstələrin müalicəsi ilə bağlı son aylar dövlətimiz tərəfindən həyata keçirilmiş kompleks tədbirlər nəticəsində vətəndaşlar arasında bu virusa yoluxma hallarında kəskin azalma müşahidə olunub.

Hospitalda xəstə sayının azalması xidmət heyəti ilə qanunvericiliklə müəyyən olunmuş müqavilələrə xitam verilməsinə səbəb olub.

Müqavilələrə xitam verilərkən əməkdaşların peşəkarlığı və nizam-intizamı nəzərə alınıb. Daha yüksək peşəkarlıq nümayiş etdirən əməkdaşlarla müqavilə müddəti  yarımştat cədvəli əsasında uzadılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan Modul Tipli Hospitalının bütün əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq, sosial sığortaya cəlb olunublar”.

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO