Siyəzəndə qəzada həyatlarını itirən müəllimlərin xatirəsi belə əbədiləşdirildi – FOTO/VİDEO 

Siyəzəndə qəzada həyatlarını itirən müəllimlərin xatirəsi belə əbədiləşdirildi – FOTO/VİDEO 

Hazırda oxunan: Siyəzəndə qəzada həyatlarını itirən müəllimlərin xatirəsi belə əbədiləşdirildi – FOTO/VİDEO 

128870

Siyəzən rayonunun F.Cəlilov adına Məşrif kənd orta məktəbinin müəllim və şagird kollektivi təqdirəlayiq bir addım atıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bu il fevral ayının 17-də Siyəzən rayonu ərazisində baş vermiş dəhşətli qəzada həyatını itirmiş məktəbin ingilis dili müəllimi Aygün İsmayılova və biologiya müəllimi Aygün Vəliyevanın xatirəsi dərs dedikləri sinif otaqlarında əbədiləşdirilib.

Məktəb kollektivinin maliyyə dəstəyi ilə həmin sinif otaqları əsaslı təmir edilib. Şagirdlər sinif otaqlarında dizayn işləri görərək mərhum müəllimlərinin xatirələrinə ehtiramlarını bildiriblər.

Məktəb kollektivinin bu təşəbbüsü duyğusal anlarla qarşılanıb.































Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO